Türkiyə MN: Suriya Demokratik Qüvvələrinin mövqeyi Suriyanın ərazi bütövlüyünə zərər vurur

Suriya Demokratik Qüvvələrinin (SDG) mövqeyi Suriyanın ərazi bütövlüyünə və sabitliyinə zərər vurur.

Aznews.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin (MN) illik hesabat brifinqində məlumat verilib.

Bildirilib ki, Suriya hökuməti birlik və bütövlüyün təmin edilməsi üçün təşəbbüs göstərərsə, Türkiyə buna dəstək verəcək.

"SDG mərkəzdənqaçma və federalizm tələblərini səsləndirməyə davam edir və hakimiyyətə inteqrasiya olunma istiqamətində addım atmır. Daha əvvəl də vurğuladığımız kimi, SDG-nin bu mövqeyi Suriyanın ərazi bütövlüyünə və sabitliyinə zərər vurur. Suriya hökuməti birlik və bütövlüyün təmin edilməsi üçün təşəbbüs göstərməyə qərar verərsə, Türkiyə ona dəstək olacaq".

Məlumatda Suriya hökuməti ilə "Tək dövlət, tək ordu" prinsipi əsasında yaxın əməkdaşlığın davam etdirildiyi və inteqrasiya prosesinin isə yaxından izlənildiyi də vurğulanıb.