Qəzaya uğrayan Türkiyənin F-16 təyyarəsi naməlum obyekt səbəbindən havaya qalxıb

Türkiyədə qəzaya uğrayan F-16 qırıcı təyyarəsi sərhəddə naməlum obyekt səbəbindən havaya qalxıb.

Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk bu barədə məlumat yayıb.

Türkiyənin "BirGün" qəzeti onun sözlərini sitat gətirir: "Bolqarıstanla sərhəddə radarda naməlum obyekt aşkar edildikdən sonra iki F-16 qırıcı təyyarəsi ehtiyat tədbiri olaraq havaya qaldırıldı" .

Qeyd olunub ki, bu fonda iki F-16 qırıcı təyyarəsi havaya qalxıb, lakin əməliyyat başladıqdan qısa müddət sonra təyyarələrdən biri ilə əlaqə kəsilib. Aktürk əlavə edib ki, pilot son anda xilas olmaq üçün atış sistemindən istifadə edərək qəhrəmanlıq nümayiş etdirib, lakin buna baxmayaraq şəhid olub.

Mövsüm,

AzNews.az