Antalya sahillərində köçəri meduzalar peyda olub

​Türkiyənin Antalya sahillərində insan üçün təhlükəli olan və "köçəri meduzalar" kimi tanınan “Rhopilema nomadica” növünün kütləvi toplaşması qeydə alınıb.

Bu barədə Akdeniz Universitetinin elmi işçisi Mehmet Gökoğlu "İHA" agentliyinə açıqlamasında bildirib.

​"Artıq 10 gündür ki, güclü külək əsir. Bu səbəbdən axınlar çox sayda meduzanı Antalya körfəzinin daxilinə doğru gətirib", — deyə məlumatda qeyd olunur.

​Mütəxəssisin sözlərinə görə, bu növün əsl vətəni Qırmızı dənizdir, lakin onlar Süveyş kanalı vasitəsilə Aralıq dənizinə daxil olublar. Zaman keçdikcə regionun şərq hissəsindən yayılan bu canlılar həmin hövzədə rast gəlinən ən böyük meduzalara çevriliblər.

Mövsüm,

AzNews.az