Türkiyənin məşhur siyasətçisi vəfat edib

Türkiyə siyasətinin tanınmış simalarından biri Hüsaməddin Cindoruk müalicə aldığı xəstəxanada 93 yaşında vəfat ediB.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri vəzifəsində çalışmış Cindoruk 2011-ci ildə Demokrat Partiyasının (DP) sədri vəzifəsindən istefa verdikdən sonra aktiv siyasətdən uzaqlaşmışdı.

Müxtəlif səhhət problemləri səbəbindən 25 dekabr 2025-ci ildə İstanbulda xəstəxanaya yerləşdirilib.

Cindorukun ölüm xəbərindən sonra siyasətçilərdən dəstək mesajları gəlməyə başlayıb.

CXP lideri Özgür Özel özünün və Əkrəm İmamoğlunun Çindoruku ziyarət edərkən çəkdirdiyi şəkli paylaşıb və Çindorukun "vəzifənin ağırlığını, ona göstərilən etimadı necə daşıyacağını və vaxtı çatanda onu təhvil verəcəyini bilən bir dövlət xadimi" olduğunu vurğulayıb.

AzNews.az