- Köhnə - Video
- 2 Mart 2017 10:19
- 8 821
Ermənistan silahlı qüvvələrinin qərargahına cavab zərbəsi endirilib - Düşmən itki verib + Video
Martın 1-i axşam saatlarında işğal altında olan Xocavənd rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mühəndis-istehkam baxımından hazırlanmış və atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinin qərargahına qoşunlarımız tərəfindən atəşlə cavab zərbəsi endirilib.
AzNews.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, qeydə alınan videogörüntüdə qərargah qarşısındakı hərbi nəqliyyat vasitələrinin və şəxsi heyətin məhv edilməsinin aydın görünməsinə baxmayaraq erməni tərəfi onlarla itkisinin sayını inadla gizlətməyə çalışır.
Bütün cəbhəboyu əməliyyat şəraitinə qoşunlarımız tam nəzarət edir.