İranda 25 gəmi yandı - Video

İran ərazisində 25 gəmi yanıb.

AzNews.az xəbər verir ki, bu barədə Tasnim xəbər agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Hadisə Kanqan liman şəhərində baş verib. Sahilə kəndirlə bağlı olan qayıqların birində suyu çəkmək üçün quraşdırılan nasos yanıb. Alov tez bir zamanda ətrafa yayılıb. Hadisə nəticəsində 8 nəfər dəm qazından zəhərlənib və müxtəlif dərəcəli xəsarətlər alıb.

Ümumilikdə hadisə nəticəsində 2 milyon dollar məbləğində ziyan dəyib.