ABŞ-ın Texas ştatında müşahidə olunan “Harvi” qasırğası nəticəsində ölənlərin sayı 30-a çatıb. ABŞ-ın Texas ştatında müşahidə olunan “Harvi” qasırğası nəticəsində ölənlərin sayı 30-a çatıb.

“Harvi” qasırğasının qurbanları artır - 30 nəfər ölüb (Video)

ABŞ-ın Texas ştatında müşahidə olunan “Harvi” qasırğası nəticəsində ölənlərin sayı 30-a çatıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, qasırğanın səbəb olduğu daşqınların əsarətində qalan insanların xilasetmə əməliyyatları davam edir. İndiyə qədər 13 mindən çox insan xilas edilib. Futbol meydançaları müvəqqəti sığınacaqlar kimi istifadə olunur.

Ştatın bir neçə rayonunda suyun səviyyəsi rekord həddə çatıb. Rəsmilər ölü sayının artacağını bildirib. Belə ki, onların sözlərinə görə, su çəkildikdən sonra bunu daha aydın müşahidə etmək olacaq.

Hyuston şəhərində xilasetmə əməliyyatları başa çatanadək komendant saatı tədbiq olunur.

Qasırğa yüzlərlə evin damını uçurub. Şiddətli küləklər ağacları, dirəkləri aşırıb.

Bəxtiyar Abbasov

AzNews.az