- Köhnə - Video
- 30 Avqust 2017 12:26
- 15 769
Qadını girov götürən şəxs snayperlə vuruldu – Ermənistanda + Video
Ermənistanın paytaxtı İrəvanda bıçaqla silahlanmış şəxs qadına hücum edib.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə “Weekend” bilyard zalında qeydə alınıb.
Qor Akopyan adlı şəxs qadını girov götürərək onu hədələməyə başlayıb. Hadisə yerinə gələn polis əməkdaşları silahlı şəxsi snayperlə vurublar.
Boğazından və digər nahiyələrindən yaralanan qadın isə xəstəxanaya yerləşdirilib.
Məlum olub ki, Akopyan Amerika Birləşmiş Ştatlarından yenicə qovulmuş şəxs olub.
Bəxtiyar Abbasov
AzNews.az