- Köhnə - Video
- 31 Avqust 2017 14:40
- 6 042
İraq hərbi qüvvələri İŞİD-in mövqelərini bombaladı – Video
İraqın Təlafər şəhərində İŞİD terrorçularına qarşı əməliyyatlar davam edir.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hökumət qüvvələri növbəti gündə də terrorçuların mövqelərini iriçaplı silahlar və raketlərlə atəşə tutub.
Qeyd edək ki, Təlafər İŞİD-in İraqda toplu halda sığındığı sonuncu məntəqədədir. Bir qədər əvvəl ölkə rəhbərliyi terrorçuları təslim olmağa çağırmış, əks halda, onlara mərhəmət göstərməyəcəklərini bildirmişdi.
Təlafərin cəbhə bölgəsindən əldə olunan kadrlarda bir neçə İŞİD silahlısının təslim olduğunu müşahidə etmək olur.
Bundan başqa, döyüşlərlə əlaqədar evlərini tərk edən insanlar Pişmərgə kürd qüvvələrinin nəzarəti altında olan ərazilərə qaçıblar.
Bəxtiyar Abbasov
AzNews.az