Piyada Bakı Dairəvi yolunda hərəkət edən nəqliyyat vasitələri sürücülərinə həyəcanlı anlar yaşadıb. Piyada Bakı Dairəvi yolunda hərəkət edən nəqliyyat vasitələri sürücülərinə həyəcanlı anlar yaşadıb.

Bakıda ölüm saçan piyada - Sürücülər həyəcanlı anlar yaşadı + Video

Piyada Bakı Dairəvi yolunda hərəkət edən nəqliyyat vasitələri sürücülərinə həyəcanlı anlar yaşadıb.

Oxu.Az xəbər verir ki, məsuliyyətsiz piyada avtomobillərin yüksək sürətlə hərəkət etməsinə baxmayaraq, siqaret çəkə-çəkə yolu keçmək istəyib.

Sürücü piyadanı vurmamaq üçün hərəkət istiqamətini dəyişib.

Videonu çəkən sürücü bildirib ki, həmin yolda qanunsuz olaraq hətta dəmir arakəsmələri götürüblər və piyadaların yolu keçməsini asanlaşdırıblar.

Qeyd edək ki, görüntülərdə tarix səhv göstərilib, video bu gün çəkilib.

Həmin yolda sürət həddi 110 km/saat-dır.

AzNews.az