“Range Rover“ şəhərin mərkəzində tıxac yaratdı - VİDEO

Bakıda "Range Rover" markalı minik avtomobili Neftçilər prospekti ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirərək "Park İnn" hotelin önündə dayanmış, taksi fəaliyyəti ilə məşğul olan minik avtomobili ilə toqquşub.

Toqquşma zamanı "Range Rover" taksini yerindən "süpürüb". Yerindən təxminən 5 metr kənara tullanan taksi yolun qırağındakı ağaca çırpılaraq səkiyə çıxıb.

Xoşbəxtlikdən, həmin vaxt taksidə heç kim olmadığıdan xəsarət alan olmayıb. Lakin hadisə yerində nəqliyyat vasitələrinin və insanların toplaşması hərəkətin intensivliyinin sıx olduğu yolda tıxac yaradıb.

Trend-ə istinadən həmin qəzanın videogörüntüsünü təqdim edirik:



AzNews.az