O, Ağ Evdə mətbuat konfransı keçirib O, Ağ Evdə mətbuat konfransı keçirib
  • Qərb
  • 2 Noyabr 2018 10:06
  •  1 971

Tramp: Əsgərlərimiz atəş açacaq - Son dəqiqə

O, Ağ Evdə mətbuat konfransı keçirib

ABŞ sərhədinə doğru irəliləyən Latın Amerikalı nəhəng qaçqın karvanının Meksika polisinə daş atdığını qeyd edən ABŞ prezidenti Donald Trump bənzər bir hadisə olacağı halda Amerika əsgərlərinin atəş açacağını elan edib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ağ Evdə mətbuat konfransı keçirən Trump ABŞ-ın miqrasiya siyasətinə dair planlaşdırdığı dəyişikliklərdən danışıb, ötən ayın əvvəlindən Hondurasdan yola çıxan və yeni tərkiblərlə sürətlə böyüyən qaçqın dəstəsinə də toxunub.

ABŞ və ya Meksikada sığınacaq almaq istəyilə irəliləyən karvana güzəşt edilməyəcəyini deyən ABŞ prezidenti karvandakı bəzi miqrantların Qvatemala - Meksika sərhədində Meksika polisinə daş atdığını xatırladıb.

ABŞ lideri "Dünyada milyardlarla insan yoxsulluq içərisində yaşayır. ABŞ-ın bu insanların hamısına qucaq açmasını gözləmək absurddur" sözlərini deyib.

Trump çıxışının davamında "Ümid edirəm ki, Meksikada olduğu kimi burada da eynisi olmaz. Amma sizə açıq deyə bilərəm: Meksikadakı kimi daş atmağa qalxsalar, təhlükəsizlik qüvvələrimiz atəşlə qarşılıq verəcəklər. " ifadələrini işlədib.

Qeyd edək ki, ABŞ-a doğru gələn köçkün dəstəsində təxminən 1500 nəfər var. Onların böyük qismi Honduras, El Salvador və Qvatemala vətəndaşlarıdır.

Babək Göyüş

AzNews.az

image description