İşini itirənlərin siyahısında ilk yerdə ölkənin daxili işlər naziri Rayana Zinke qərarlaşıb İşini itirənlərin siyahısında ilk yerdə ölkənin daxili işlər naziri Rayana Zinke qərarlaşıb
  • Qərb
  • 8 Noyabr 2018 11:52
  •  1 932

Tramp bu məmurları işdən çıxarır: "İşləyə bilmirlər" - ADLAR

İşini itirənlərin siyahısında ilk yerdə ölkənin daxili işlər naziri Rayana Zinke qərarlaşıb

ABŞ prezidenti Donald Tramp Ağ Evdə geniş kadr dəyişikliyi həyata keçirəcək. Bu haqda Politico nəşri bəzi məlumatlar əldə edib.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, işini itirənlərin siyahısında ilk yerdə ölkənin daxili işlər naziri Rayana Zinke qərarlaşıb.

Prezident administrasiyasının bir neçə məmuru və köməkçiləri də Ağ Evdən uzaqlaşdırılanlar arasındadır. Karyerası zərbə altında olan əsasən daxili təhlükəsizlik naziri Kirstyen Nilseindir.

Tramp qeyri-rəsmi olaraq açıqlayıb ki, sərhəddə təhlükəsizliyin zəif qorunduğuna görə xanım məmuru işdən uzaqlaşdırmaq istəyir. Onun yerinə isə Kanzas qubernatoru vəzifəsində aralıq seçkilərdə uduzan Kris Kobaçın gətiriləcəyi deyilir. Ancaq bu yerə Tramp öz dostu, Floridanın baş prokuroru Pem Bondini də gətirmək fikrindədir.

Politico nəşri yazır ki, ABŞ prezidenti ölkənin baş prokuroru vəzifəsinə əmək naziri Aleksandt Akostu təyin edəcək.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeylinin işdən uzaqlaşdırılmasından sonra bu yerə də Dövlət departamentinin mətbuat xidmətinin rəhbəri Xizer Noyertin gətiriləcəyi deyilir.

Ticarət naziri Uilbert Rossu isə Robert Laytxayzer əvəzləyəcək.

Əsas diqqət isə Ağ Evin aparat rəhbəri Con Kelliyə yönəlib. Tramp onun işindən də narazı olduğunu gizlətməyib.

Ölkənin müdafiə naziri Ceyms Mettisin də işini itirəcəyi bildirilir.

Xatırladaq ki, Donald Tramp ədliyyə naziri Ceff Seşnsi istefaya göndərib.

Babək Göyüş

AzNews.az