Mühafizəkarlar Partiyasının nizamnaməsinə görə, 48 millət vəkili müraciət etdiyi təqdirdə qrupda etimadsızlıq referendumu keçirilə bilər. Mühafizəkarlar Partiyasının nizamnaməsinə görə, 48 millət vəkili müraciət etdiyi təqdirdə qrupda etimadsızlıq referendumu keçirilə bilər.
  • Qərb
  • 15 Noyabr 2018 19:28
  •  2 507

Tereza Mey üçün səsvermə tələb edildi - SON DƏQİQƏ!

Mühafizəkarlar Partiyasının nizamnaməsinə görə, 48 millət vəkili müraciət etdiyi təqdirdə qrupda etimadsızlıq referendumu keçirilə bilər.

İngiltərədə Mühafizəkar Partiyasından olan deputat Yakob Rees-Mogg Baş nazir Tereza Mey haqqında etimadsızlıq səsverməsi üçün müraciət edib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, partiyanın "1922-ci il Komitəsi"nə məktubla müraciət edən sərt “Brexit” tərəfdarı Rees-Mogg, Meyin Avropa İttifaqı ilə razılaşdığıBrexit müqaviləsini əsas göstərərək partiyanın parlament qrupunda bir etimadsızlıq referendumu keçirilməsini tələb edib.

Mühafizəkarlar Partiyasının nizamnaməsinə görə, 48 millət vəkili müraciət etdiyi təqdirdə qrupda etimadsızlıq referendumu keçirilə bilər.

Qaydalara görə, etimadsızlıq səsverməsi tələbləri gizli olmaq məcburiyyətindədir. Bununla yanaşı, Ris-Moqq tələbini "Twitter" hesabından paylaşaraq Tereza Meyə qarşı bayraq qaldırmış oldu.

Başqa millət vəkillərinin də ictimaiyyətlə razılaşmadan belə bir müraciət etmiş ola biləcəyi bildirilir.

Mey hökuməti dünən axşam elan etdiyi "Brexit" müqaviləsinin ardınca 4 nazirin istefası ilə sarsılmışdı.

İstefa edən adlar arasında "Brexit" naziri Dominik Raab və əmək naziri Ester Makvey də yer alıb.

İyul ayında "Brexit" naziri Deyvid Deyvis və xarici işlər naziri Boris Conson, ötən cümə günü isə nazir Co Conson "Brexit" səbəbilə istefa verib.

Meyin yerinə namizədliyini irəli sürəcək şəxslər arasında Raab, Deyvis və Boris Consonun da adları keçir.

AzNews.az