• Qərb
  • 20 Noyabr 2018 09:39
  •  2 554

Trampın qızı Ağ Evdə qaydaları pozdu - "Mənə bu haqda heç nə deməyiblər"

İvankanın qaydaları pozması haqda məlumat 2017-ci ildə aşkar edilib

ABŞ prezidenti Donald Trampın qızı və müşaviri İvanka xidməti yazışmaları şəxsin emailindən göndərdiyinə görə Ağ Evin qaydalarını pozub.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı The Washington Post nəşri yayıb.

Mənbə bildirir ki, prezident qızının qaydaları pozması haqda məlumat 2017-ci ildə aşkar edilib. İvanka isə həmin vaxt vurğulayıb ki, bu qadağa haqda ona heç nə deyilməyib.

Onun vəkili Abb Louell Ağ Ev rəsmilərinə İvankanın şəxsi emailindən məktub göndərdiyini etiraf edib və qaydaları daha pozmadığını bildirib.

Babək Göyüş

AzNews.az