Kanadanın xarici işlər naziri Xristya Friland Tvitter səhifəsində insidentlə bağlı tvit yazıb Kanadanın xarici işlər naziri Xristya Friland Tvitter səhifəsində insidentlə bağlı tvit yazıb
  • Qərb
  • 26 Noyabr 2018 08:59
  •  1 780

Ukrayna gəmilərini geri qaytarın - Kanada

Kanadanın xarici işlər naziri Xristya Friland Tvitter səhifəsində insidentlə bağlı tvit yazıb

Rusiya Krımda saxladığı Ukrayna gəmilərini və əsir götürdüyü dənizçiləri təcili geri qaytarmalıdır.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu fikirləri Kanadanın xarici işlər naziri Xristya Friland özünün Tvitter səhifəsində səsləndirib.

O, Kerç boğazında Rusiyanın Ukraynaya qarşı təcavüzünü qınadığını yazıb.

Nazir bildirib ki, Ukraynanın suverenliyinə dəstək olmaq üçün Kanada atdığı addımlardan geri çəkilən deyil.

Xatırladaq ki, Rusiya tərəfi baş verən insidentə belə aydınlıq gətirib: “Ukraynanın 3 gəmisi Rusiya sərhədləri ərazisində qanunsuz hərəkətlər edib. Dayanmaq işarəsinə məhəl qoymayan gəmilərə atəş açılıb və nəticədə hər üç gəmi saxlanılıb. Yaralanan 3 Ukrayna hərbçisinə tibbi yardım göstərilib. Onların həyatları üçün heç bir təhlükə yoxdur”.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Krım üzrə idarəsinin əməkdaşı Anton Lozovoy bildirib ki, baş verənlərlə bağlı cinayət işi açılıb.

Mənbə bildirir ki, Rusiya sərhədini pozan Ukrayna gəmiləri Kerç limanına aparılacaq.

Babək Göyüş

© AzNews.az