Müstəntiqlər iddia edir ki, o, dövlət əhəmiyyətli bir çox informasiyaları Pxenyana satıb Müstəntiqlər iddia edir ki, o, dövlət əhəmiyyətli bir çox informasiyaları Pxenyana satıb
  • Qərb
  • 27 Noyabr 2018 10:58
  •  1 650

Kennedini həbs etdilər - Şimali Koreyaya casusluq edirmiş

Müstəntiqlər iddia edir ki, o, dövlət əhəmiyyətli bir çox informasiyaları Pxenyana satıb

Fransanın daxili işlər naziriliyinin daxili təhlükəsizlik Baş idarəsinin əməkdaşları ölkə parlamentinin yuxarı palatası hesab edilən Senatın deputatı Benya Kennedini həbs edib.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, Kennedi Şimali Koreyaya casusluq etməkdə ittiham edilir.

AFR agentliyi yazır ki, noyabrın 25-də həbs edilən Kennedi Senatda memarlıq, mədəni irs və bağlar idarəsində yüksək vəzifə tutub.

Müstəntiqlər iddia edir ki, o, dövlət əhəmiyyətli bir çox informasiyaları Pxenyana satıb. Onun haqda ilkin araşdırmaya mart ayından başlandığı deyilir.

Fransa-Koreya dostluğu Assosiasiyasına başçılıq edən Kennedi dəfələrlə Koreya yarımadasında olub. O, Şimali Koreya barəsində bir çox məqalə yazıb.

Babək Göyüş

© AzNews.az