ABŞ prezidenti: “Əfv ehtimalını niyə masadan qaldırım ki?” ABŞ prezidenti: “Əfv ehtimalını niyə masadan qaldırım ki?”
  • Qərb
  • 29 Noyabr 2018 10:49
  •  1 500

Tramp onu bağışlaya bilər

ABŞ prezidenti: “Əfv ehtimalını niyə masadan qaldırım ki?”

ABŞ prezidenti Donald Tramp, keçmiş kampaniya müdiri Paul Manafortu bağışlaya biləcəyini deyib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, “New York Times” qəzeti Manafortun, Muellerin istintaqından əvvəl Trampın vəkilləri ilə görüşdüyünü iddia edib. Bu haqda danışan Tramp, əfv ehtimalının masada olduğunu bildirib:

“Bu mövzu haqqında danışmamışıq. Lakin əfv ehtimalını niyə masadan qaldırım ki?”

Qeyd edək ki, Tramp, 2016-cı ilin prezident seçkilərində Manafort haqqında açıqlamalar verib. Manafort, Vaşinqtondakı federal məhkəmədə haqqında səslənən iddiaları qəbul etdikdən sonra istintaqı aparan Mueller ilə işbirliyi edəcəyini açıqlayıb.

Pərvanə Ağazadə
AzNews.az