Avropa İttifaqına üzv ölkələr arasında alkoqola ən çox pul xərcləyən ölkə Estoniyadır. Avropa İttifaqına üzv ölkələr arasında alkoqola ən çox pul xərcləyən ölkə Estoniyadır.
  • Qərb
  • 2 Yanvar 2019 16:55
  •  2 501

Avropanın "ən sərxoş ölkəsi" açıqlandı

Avropa İttifaqına üzv ölkələr arasında alkoqola ən çox pul xərcləyən ölkə Estoniyadır.

Axar.az xəbər bu barədə Avropa Statistika Agentliyi hesabat açıqlayıb.

Məlumata görə, avropalılar ümumilikdə 2017-ci ildə spirtli içkilərə 130 milyard avrodan çox pul xərcləyiblər.

Estonlar öz gəlirlərinin 5.2 faizini, latviyalılar 4.9, litvalılar isə 4 faizini alkoqola sərf ediblər. Siyahıda növbəti yerləri Polşa (3.5 faiz), Çexiya (3.3 faiz), Macarıstan (3 faiz) və Finlandiya (2.8 faiz) tutub.

Spirtli içkilərə ən az pul xərcləyənlər isə ispanlar (0.8 faiz), italiyalılar və yunanlar (0.9 faiz) olub.

AzNews.az