Ötən il Luvr Muzeyini ziyarət edən şəxslərin sayı 10 milyonu ötüb. Ötən il Luvr Muzeyini ziyarət edən şəxslərin sayı 10 milyonu ötüb.
  • Qərb
  • 3 Yanvar 2019 10:37
  •  2 012

Luvr Muzeyini bir ildə 10 milyon nəfər ziyarət edib

Ötən il Luvr Muzeyini ziyarət edən şəxslərin sayı 10 milyonu ötüb.

Bu da muzey tarixində rekort göstərici sayılır.

Bunu muzeyin direktoru Jan-Luc Martinez bildirib.

Onun sözlərinə görə, muzeyin tarixində ilk dəfə olaraq belə bir rəqəm qeydə alınıb: “2018-ci ildə Luvru 10 milyondan çox adamın ziyarət etdiyini düşünürəm".

Direktor bildirib ki, Fransa paytaxtında baş verən terror hücumlarından sonra müşahidə edilən azalmanın ardından, Parisdə beynəlxalq turizmin bərpası layihəsi sayəsində 2018-ci ildə muzeyə rekord sayda ziyarətçi baş çəkib.

Qeyd edək ki, muzeyin əvvəlki rekordu 2012-ci ildə qeydə alınıb. Həmin il Luvru 9.7 milyon insan ziyarət edib.

Luvr Muzeyi ilk dəfə 8 noyabr 1793-cü ildə açılıb. Onun ilk sərgisi Fransız hökmranlarının kolleksiyasından 537 rəsm və 124 digər sənət əsərlərindən ibarət olub. Bu gün Luvr dünyanın ən böyük sənət muzeylərindən biridir.(report.az)

© AzNews.az