Vyana şəhəri ərazisində bütün növ silahların gəzdirilməsi qadağan oluna bilər. Vyana şəhəri ərazisində bütün növ silahların gəzdirilməsi qadağan oluna bilər.
  • Qərb
  • 15 Yanvar 2019 09:31
  •  1 497

Bu şəhərdə silah gəzdirmək qadağan olunur

Vyana şəhəri ərazisində bütün növ silahların gəzdirilməsi qadağan oluna bilər.

Bu təkliflə şəhərin meri Mixael Ludviq çıxış edib.

Hazırda şəhərin bəzi ərazilərində silah gəzdirilməsi qanunla qadağan olsa da, şəhər meri bunu yetərli hesab etməyib və qadağanın şəhərin bütün ərazisinə şamil olunmasını təklif edib. Təklifə görə, odlu silahlarla yanaşı, soyuq silahlar və eləcə də insanların həyatına təhlükə törədə bilən bütün əşyaların, hətta adi cib bıçaqlarının gəzdirilməsi da qadağan edilməlidir. Peşə fəaliyyəti ilə əlaqədar və ya xüsusi icazə sənədi olan şəxslər bu qaydalardan istisna təşkil etməlidirlər.

Vyana şəhərində silah kimi istifadə edilə bilən istənilən növ əşya və alətin gəzdirilməsinin qadağan olunduğu iki ərazi mövcuddur. Alkoqol və narkotik vasitə istifadəçilərinin daha çox toplaşdıqları həmin ərazilər polisin ciddi nəzarəti altındadır. M.Ludviq deyib ki, əgər belə bir qanun Vyanada tətbiq olunursa, o zaman həmin qanun şəhərin bütün ərazisini əhatə etməlidir.

Vyana Şəhər Polis İdarəsindən isə şəhər merinin bu tələbinə skeptik yanaşılıb. Qeyd edilib ki, şəhərdə arayişin qorunmasına xüsusi ehtiyac olan bəzi ictimai yerlərdə silah gəzdirilməsi ötən il avqustun 15-dən etibarən qadağandır. Lakin bu təklif həmin kriteriyaya cavab vermir və şəhərin bütün ərazisini real təhlükənin mövcud olduğu zona elan etmək mümkün deyil. Eləcə də bu qanunun şəhərin bütün ərazisində tətbiq edilməsi hüquqi müstəvidə problemlər yarada bilər. Buna baxmayaraq, polis orqanları ictimai asayişin qorunmasına xidmət edən bütün təklifləri diqqətlə nəzərdən keçirəcək.

Qeyd edək ki, Avstriyanın bir sıra şəhərlərinin (Vyana, İnnsbruk, Lints) bəzi ərazilərində istənilən növ odlu və soyuq silahın gəzdirilməsi qanunla qadağandır. Belə silahlarla saxlanan şəxslər məsuliyyətə cəlb olunurlar.(AZƏRTAC)

© AzNews.az