• Qərb
  • 24 Yanvar 2019 10:22
  •  1 421

Trampa daha bir qadağa qoyuldu

"O, bu möhtəşəm ölkə üçün böyük ləkədir".

ABŞ hökumətinin işi bərpa edilməyibsə, prezident Donald Trampa Konqresə müraciət etməyə icazə verilməcək.

AzNews.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Nümayəndələr palatasının spikeri Nensi Pelosi bəyan edib.

"Sizə bildirirəm ki, Nümayəndələr palatası hökumətin işi bərpa edilməyincə prezidentin palatanın zalında "ölkənin vəziyyəti ilə bağlı" müraciətinə icazə verən qətnaməyə baxmayacaq.", - Trampa ünvanlandırılan məktubda belə qeyd olunub.

Bununla yanaşı ABŞ lideri Ağ Evdə məktubun ictimaiyyətə çatdırılmasından sonra jurnalistlərin qarşısında çıxış edərək bəyan edib ki, ölkədəki vəziyyət barədə xalqa müraciət üçün başqa variantlar axtaracaq.

O, Pelosinin bu hərəkətini "həqiqəti dinləmək istəməməsi" kimi dəyərləndirib və onu "bu möhtəşəm ölkə üçün böyük ləkə" adlandırıb.

Fəridə Abdulla

AzNews.az