Tulsi Qabbard ABŞ prezidenti vəzifəsinə seçkiqabağı kampaniyaya başlayıb. Tulsi Qabbard ABŞ prezidenti vəzifəsinə seçkiqabağı kampaniyaya başlayıb.
  • Qərb
  • 25 Yanvar 2019 11:55
  •  2 061

Tulsi Qabbard seçkiqabağı kampaniyaya başladı

Tulsi Qabbard ABŞ prezidenti vəzifəsinə seçkiqabağı kampaniyaya başlayıb.

Nümayəndələr Palatasının Havay ştatından olan üzvü Tulsi Qabbard ABŞ prezidenti vəzifəsinə namizədliyini irəli sürür.

Qabbard bu barədə yanvarın 24-də öz Twitter səhifəsində yerləşdirilmiş video vasitəsilə məlumat verib.

Qabbard 15 il Milli Qvardiyada xidmət edib və iki dəfə İraqa ezam edilib. O, Konqresin aşağı palatasının Xarici İşlər Komitəsinin üzvüdür. ABŞ-ın suveren dövlətlərin işlərinə hərbi müdaxilə siyasətinə qarşı prinsipial mövqedən çıxış edən Qabbard 2017-ci ildə Suriya Prezidenti Bəşər Əsəd ilə görüşdüyünə görə kəskin tənqidə məruz qalıb.

Qeyd etmək lazımdır ki, Qabbard hələ 2017-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Nümayəndələr Palatasının üzvləri – Kaliforniyadan Deyvid Valadao və Nyu-Cersidən Frenk Pallon ilə birlikdə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə səfər edib və beləliklə, həm Azərbaycan qanunlarını, həm də ABŞ-ın rəsmi xarici siyasət prinsiplərini pozub.(AZƏRTAC)

© AzNews.az