Sürət həddini 2 dəfə aşıb. Sürət həddini 2 dəfə aşıb.
  • Qərb
  • 30 Yanvar 2019 15:21
  •  1 713

Bank oğrusunu qovalayan polis cərimələndi

Sürət həddini 2 dəfə aşıb.

İsveçrə polisi bank oğurluğunda şübhəli bilinən şəxsi təqib edən zaman sürət həddini aşıb və cərimələnib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, polis təqib zamanı sürət həddini iki dəfə aşıb. Əvvəl 30 km/s, sonra 40 km/s sürət artırıb.

Prokuror qeyd edib ki, sürət həddini birinci dəfə aşmaq qəbuledilən idi. İkinci hal isə kobud yol hərəkəti qaydalarının pozuntusu hesab olunduğundan 600 frank (1026 manat) cərimə edilib.

Polis məhkəmənin qərarına etiraz etməyə cəhd etsə də, Federal Ali Məhkəmə öz qərarından dönməyib.

Məhkəmə bildirib ki, əgər təqib olunan şəxs digərlərinin həyatı üçün təhlükəli olsaydı, sürət həddinin aşılması qəbul edilə bilərdi. Lakin bank oğrusu heç kimin həyatına xətər yetirməyib və belə məqsədi də olmayıb.

Polis bunu bilsə də, özü digərləri üçün təhlükə mənbəyinə çevrilib.

Fəridə Abdulla

AzNews.az

image description