- Qərb
- 31 Yanvar 2019 21:50
- 2 254
Qərbdən Rusiyaya sərt - XƏBƏRDARLIQ
ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaları qəbul edə bilər.
ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker bəyan edib ki, ölkəsi və Avropa İttifaqı Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini nəzərdən keçirir.
Buna səbəb kimi Kerç boğazındakı insident göstərilir.
Volkerin sözlərinə görə, Moskva ukraynalı dənizçiləri qaytarmasa, ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaları qəbul edə bilər.
O həmçinin əlavə edib ki, Avropa İttifaqı fevralda Rusiyaya qarşı mövcud sanksiyaların müddətini uzatmaq niyyətindədir. (oxu.az)
AzNews.az