"Nüvə silahı Şimali Koreya liderinin hakimiyyəti qorumaq üçün yeganə dayağıdır". "Nüvə silahı Şimali Koreya liderinin hakimiyyəti qorumaq üçün yeganə dayağıdır".
  • Qərb
  • 2 Mart 2019 16:48
  •  2 708

“Vaşinqtonun rejimləri dəyişdirmək həvəsi öz təhlükəsizliyini zəiflədir”

"Nüvə silahı Şimali Koreya liderinin hakimiyyəti qorumaq üçün yeganə dayağıdır".

ABŞ Konqresinin üzvü, 2020-ci il seçkilərində prezidentliyə namizədliyini irəli sürmüş Tulsi Qabbard bildirib ki, Vaşinqtonun rejimləri dəyişdirmək həvəsi Birləşmiş Ştatların öz təhlükəsizliyini zəiflədir.

“FoxNews” telekanalına müsahibəsində Konqresin üzvü qeyd edib ki, nüvə silahı Şimali Koreya liderinin hakimiyyəti qorumaq üçün yeganə dayağıdır və bu ölkənin tərksilah ilə bağlı danışıqların heç bir perspektivi ola bilməz. Onun sözlərinə görə, əksər ölkələrdə amerikan müdaxiləsi fəlakətlərlə nəticələnir və siyasətçilər bütün bu kataklizmləri “humanitar aksiya” kimi qələmə verirlər. Özünün vaxtilə ABŞ Milli Qvardiyasının əsgəri olduğunu da xatırladan Qabbard qeyd edib ki, onu iki dəfə Yaxın Şərq regionuna göndəriblər və orada müharibənin bütün dəhşətlərinin şahidi olub. “Konqres üzvü olduğum son altı ildə mən xarici işlər və silahlı qüvvələr komitələrində çalışmışam. Burada hər iki partiyadan olan siyasətçilərin yalnız öz maraqlarını müdafiə etdiklərini, müxtəlif ölkələrdə rejimlərin hərbi yolla dəyişdirilməsini təbliğ etdiklərini görmüşəm. Onlar düşünürlər ki, ABŞ özünü “dünya jandarmı” kimi aparmalıdır, biz xoşumuza gəlməyən ölkələrin başçılarını devirməliyik və s. Lakin unudurlar ki, Amerika xalqı bu prosesdə trilyonlarla dollar itirir, biz silahlı münaqişələr olan ölkələrin xalqlarına böyük əzablar yaşadırıq, ən başlıcası isə, öz təhlükəsizliyimizə zərbə vururuq”, deyə T.Qabbard vurğulayıb.

ABŞ prezidentliyinə namizəd əlavə edib ki, bir çox siyasətçilər amerikan xalqının bütün dünyada xeyirxahlıq nümunəsi göstərmək istəyinə qarşı “humanitar aksiyalar” adı altında rejimlərin dəyişdirilməsi planları hazırlayırlar, rejim dəyişikliyi olan ölkələrin xalqları isə bu proseslərin qurbanına çevrilirlər.(AZƏRTAC)

AzNews.az