"Mənim atam da alman idi və Almaniyanın gözəl bir yerində doğulub". "Mənim atam da alman idi və Almaniyanın gözəl bir yerində doğulub".
  • Qərb
  • 3 Aprel 2019 09:34
  •  1 838

Tramp atasının doğulduğu şəhəri qarışıq saldı

"Mənim atam da alman idi və Almaniyanın gözəl bir yerində doğulub".

ABŞ prezidenti Donald Tramp atası Fred Trampın doğulduğu yer haqqında danışarkən səhvə yol verib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, NATO-nun baş katibi Yens Stoltenberqlə görüşü zamanı D.Tramp Almaniyaya və kansler Angela Merkelə dərin hörmət bəslədiyini deyib:

"Mənim atam da alman idi və Almaniyanın gözəl bir yerində doğulub. Özümün də Almaniyaya qarşı xoş duyğularım var”.

Qeyri-məxfi mənbələrə görə isə, prezidentin atası F.Tramp Almaniyada deyil, Nyu-York ştatının Bronks şəhərində, Bavariya əsilli miqrant ailəsində anadan olub. (ONA)

AzNews.az