Tinderholtun qanun layihəsi Nümayəndələr Palatasında ilk dəfə 2017-ci ildə təqdim edilib Tinderholtun qanun layihəsi Nümayəndələr Palatasında ilk dəfə 2017-ci ildə təqdim edilib
  • Qərb
  • 12 Aprel 2019 16:46
  •  1 527

Abort edən qadınlar edam edilsin - Şok təklif

Tinderholtun qanun layihəsi Nümayəndələr Palatasında ilk dəfə 2017-ci ildə təqdim edilib

Texas ştatının Nümayəndələr Palatasının mühafizəkar üzvü Toni Tinderholt tərəfindən təqdim olunan qanun layihəsi abort etdiklərinə görə qadınlara cəza qismində ölüm hökmünün müəyyən edilməsini nəzərdə tutur.

Nümayəndələr Palatasının məhkəmə komitəsinə nəzərdən keçirilməsi üçün göndərilən layihənin müəllifi ştatın hazırda qüvvədə olan Cinayət Məcəlləsindən abortun həyata keçirilməsi zamanı qadınlara və tibb işçilərinə tətbiq edilən qətl haqqında istisnanın ləğv olunmasını xahiş edir. Beləliklə, müəllif Toni Tinderholtun təklifinə uyğun olaraq, abort edən qadınlar və bu tibb prosedurunu həyata keçirən həkimlər ölüm hökmünə məhkum olunmalıdırlar.

Tinderholtun qanun layihəsi Nümayəndələr Palatasında ilk dəfə 2017-ci ildə təqdim edilib. Lakin demokratların böyük səs çoxluğu ilə qəbul edilməyib. Hazırda qanunvericilik orqanının hər iki palatasında respublikaçıların çoxluq təşkil etdiyi bir vaxtda Tinderholt əmindir ki, Respublikaçılar Partiyasından olan həmkarları onu dəstəkləyəcəklər.(AZƏRTAC)

AzNews.az