22 yaşlı Sarah təcili olaraq xəstəxanaya aparılıb 22 yaşlı Sarah təcili olaraq xəstəxanaya aparılıb
  • Qərb
  • 17 Aprel 2019 12:14
  •  2 620

Xanım əsgər rəfiqəsinin boğazını kəsdi

22 yaşlı Sarah təcili olaraq xəstəxanaya aparılıb

Böyük Britaniya ordusunun iki xanım əsgəri Sidney Coul və Sarah Anne Qarite arasında dava baş verib.

Palma şəhərində barda əylənən rəfiqələr arasında gərgin anlar yaşanıb.

İki xanım arasında yaranan mübahisə böyüməyə başlayıb. 19 yaşlı Sidney rəfiqəsinin boğazını şüşə stəkanla kəsib. 22 yaşlı Sarah təcili olaraq xəstəxanaya aparılıb, onun vəziyyətinin ağır olduğu açıqlanıb.

S. Coul isə saxlanılaraq polis şobəsinə aparılıb. Hadisə barədə Böyük Britaniya Ordusu qısa açıqlama verib.

Qeyd olunub ki, istintaq bitdikdən sonra mətbuata geniş məlumat veriləcək.(qafqazinfo.az)

AzNews.az

image description