• Qərb
  • 26 Aprel 2019 11:06
  •  457

Tramp Şimali Koreyaya 2 milyon dollar göndərib - İddia

ABŞ bu pulu ödəməli olub

Şimali Koreya həbsxanasından azadlığa buraxılan və ölkəsinə qayıtdıqdan 6 gün sonra vəfat edən amerikalı tələbə Otto Varmbierlə bağlı yeni xəbər ortaya çıxıb.

Varmbier xəstəxanada komada olduğu müddətdə xidmət məsrəfləri üçün Pxenyan ABŞ-dan 2 milyon dollar tələb edib.

Ən maraqlısı budur ki, ABŞ bu pulu ödəməli olub.

Qeyd edək ki, 17 ay Şimali Koreya həbsxanasında saxlanılan amerikalı tələbə komaya vəziyyətində Amerikaya gətirilib. Tələbənin Pxenyandan ayrılmasından saatlar əvvəl 2 milyon dollar Şimali Koreya Xarici İşlər Nazirliyinin təmsilçisi Jozef Yuana verilib.

Şimali Koreyaya gedən nümayəndə Donald Trampdan gələn təlimata əsasən sağlıq xərclərinin ödəniləcəyinə dair razılaşmaya imza atıb.(teleqraf.com)

AzNews.az