Qəza nəticəsində Ağ ev rəhbərinin maşını zərər çəkməyib. Qəza nəticəsində Ağ ev rəhbərinin maşını zərər çəkməyib.
  • Qərb
  • 15 May 2019 00:58
  •  1 583

ABŞ prezidentinin korteji qəzaya düşdü

Qəza nəticəsində Ağ ev rəhbərinin maşını zərər çəkməyib.

ABŞ prezidenti Donald Trampın kortejində olan üç motosikletçi yol qəzası nəticəsində zərər çəkib.

Bu barədə "Bloomberg"in Trampı müşayiət edən jurnalist qrupundakı təmsilçisi Cennifer Ceykobs yazıb.

O bildirib ki, qəza nəticəsində Ağ ev rəhbərinin maşını zərər çəkməyib.

"Biri ot basmış xəndəkdə oturub, biri qanaxma ilə yolun kənarında uzanıb. Üçüncü ayaq üstdədir, onun əlindən qan axır", — deyə jurnalist yaralılar haqqında yazıb.

Qəza ABŞ prezidentinin səfər etdiyi Luiziana ştatında baş verib. (report)

AzNews.az