Şok: ABŞ 20 min PKK-lıya təlim keçib - Suriyada

İngilis general İraq və Suriyadakı əməliyyatlarla bağlı sualları cavablandırıb

ABŞ-ın liderliyi ilə İŞİD-ə qarşı qurulan koalisyanın generalı Christopher Ghika hərbi birləşmələrin Suriyanın şimal-şərqində YPG/PKK-ya təlim keçdiyini deyib.

AzNews.az xəbər verir ki, ingilis general videokonfransla ABŞ-ın Müdafiə Nazirliyinə (Pentaqon) bağlanaraq İraq və Suriyadakı əməliyyatlarla bağlı sualları cavablandırıb.

Image result for christopher ghika

Ghika Suriyanın şimal-şərqində sabitliyin yaranması ilə bağlı siyasi müzakirələrin aparıldığını, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefrinin bu mövzuda Türkiyə və YPG/PKK ilə görüşlərini davam etdirdiyini deyib.

Ghika YPG/PKK adı altında 40 min nəfərlik silahlılara təlim keçilməsi ilə bağlı suala cavab verib.

“Şimal-şərqi Suriyada məskunlaşan qüvvələrin sayı haqda qəti bir söz deyə bilməyəcəm, çünki ora bir az həssas bölgədir. Ancaq bunu deyə bilərəm ki, 30-40 minə yaxındır".

O, indiyə qədər 10-20 min nəfər yaraqlıya təlim keçildiyini və bu sayın artacağını deyib.

Pərvanə Ağazadə

AzNews.az