Prezidentin sualları canlı cavablandırması Latviya tarixində ilk dəfədir Prezidentin sualları canlı cavablandırması Latviya tarixində ilk dəfədir
  • Qərb
  • 9 İyul 2019 17:24
  •  2 421

Latviyanın yeni prezidenti xalqa müraciət etdi

Prezidentin sualları canlı cavablandırması Latviya tarixində ilk dəfədir

Latviyanın yeni Prezidenti Eqil Levits iyulun 8-də parlamentin iclas salonunda, daha sonra isə Riqadakı “Azadlıq abidəsi” qarşısında çıxış edib.

Seym qarşısında çıxış edən yeni Prezident növbəti onillikdə Latviyanın müasir Şimali Avropa ölkələri sırasına qatılacağına əminliyini ifadə edib. Bunun üçün böyük potensialın olduğunu qeyd edib.

Mövcud problemlərdən bəhs edən Eqil Levits korrupsiya, siyasi partiyaların maliyyələşdirilməsi və “kölgə iqtisadiyyatı” kimi problemləri xüsusi vurğulayıb.

Riqadakı “Azadlıq abidəsi” qarşısına həyat yoldaşı ilə gələn Latviya Prezidenti burada toplanan izdiham tərəfindən alqışlarla qarşılanıb. Prezident çıxışında Latviyanın xalqın ümumi evinə çevirməyi bacaracaqlarına əminliyini ifadə edib.

Prezidentin inauqurasiya günü xalqa açıq havada müraciət etməsi və sualları canlı cavablandırması Latviya tarixində ilk dəfədir.(AZƏRTAC)

AzNews.az