Məqsəd birdəfəlik istifadə edilən plastik məhsulların mənfi təsirini məhdudlaşdırmaqdır Məqsəd birdəfəlik istifadə edilən plastik məhsulların mənfi təsirini məhdudlaşdırmaqdır
  • Qərb
  • 11 İyul 2019 09:47
  •  2 510

Monteneqroda plastik məhsullar qadağan olunur

Məqsəd birdəfəlik istifadə edilən plastik məhsulların mənfi təsirini məhdudlaşdırmaqdır

Plastik məhsulların ətraf mühitə təsirinin azaldılmasına dair Avropa Parlamentinin və Şurasının 2019-cu il 5 iyun tarixli sənədi Monteneqronun hüquq sisteminə daxil ediləcək.

Sənəd birdəfəlik istifadə edilən plastik məhsulların bazara buraxılmasını qadağan edir və onun müddəaları “Tullantıların nizama salınması haqqında” yeni qanunla və müvafiq əlavə qanunlar vasitəsilə Monteneqronun hüquq sisteminə daxil ediləcək.

Qeyd edilir ki, məqsəd birdəfəlik istifadə edilən plastik məhsulların ətraf mühitə, xüsusilə də dəniz və insan sağlamlığına mənfi təsirini məhdudlaşdırmaqdır.(AZƏRTAC)

AzNews.az