O, İranla müharibənin Qərb üçün “ağıllı variant” olduğuna inanmır O, İranla müharibənin Qərb üçün “ağıllı variant” olduğuna inanmır
  • Qərb
  • 16 İyul 2019 03:46
  •  3 554

ABŞ-ın İrana hərbi müdaxiləsini dəstəkləməyəcəm - Boris Conson

O, İranla müharibənin Qərb üçün “ağıllı variant” olduğuna inanmır

Böyük Britaniyada Mühafizəkarlar partiyasının lideri və baş nazir postları uğrunda gedən mübarizənin favoriti sayılan Boris Conson ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarını dəstəkləməyəcəyini bildirib.

“TASS” agentliyinə istinadən xəbər verilir ki, belə bir fikirləri o, seçkilərdə rəqibi Ceremi Hantla teledebat zamanı səsləndirib.

“Əgər baş nazir olsam məndən İrana qarşı hərbi əməliyyatlara dəstək göstərib-göstərməyəcəyimi soruşsanız, o halda cavab belə olar – yox”, - deyə Conson bildirib.

O, qeyd edib ki, İranla müharibənin Qərb üçün “ağıllı variant” olduğuna inanmır.

“Diplomatiya irəliyə doğru hərəkət üçün ən yaxşı vasitə olmalıdır”, - deyə o, əlavə edib.

ABŞ-ın İranla hərbi konflikt istəməsinə tərəddüdlə yanaşan Ceremi Hant da öz rəqibinin fikirlərini dəstəkləyib.