Pompeo Meksikanın xarici işlər nazirinə təşəkkür edib Pompeo Meksikanın xarici işlər nazirinə təşəkkür edib
  • Qərb
  • 22 İyul 2019 03:17
  •  2 510

ABŞ-da qeyri-leqal immiqrant axını azalıb

Pompeo Meksikanın xarici işlər nazirinə təşəkkür edib

ABŞ Meksikanın səyləri sayəsində qeyri-leqal immiqrantların axınının azaldığını qeyd edir.

“RİA Novosti”yə istinadən xəbər verilir ki, bu barədə açıqlamanı Dövlət Departamentinin mətbuat katibi Morqan Ortaqus Mexikoda dövlət katibi Mayk Pompeonun Meksikanın XİN rəhbəri Marselo Ebrardla görüşünün nəticələri ilə bağlı danışarkən bildirib.

“Dövlət katibi Pompeo immiqrasiya sahəsində Meksikanın göstərdiyi xidmətlərə görə nazir Ebrarda təşəkkür edib. İlkin göstəricilərə əsasən, bu, ABŞ-ın cənub sərhədlərinə doğru qeyri-leqal immiqrant axınının sonuna aparır”, - deyə məlumatda qeyd olunur. (APA)