Hazırda polis cinayətkarı axtarır Hazırda polis cinayətkarı axtarır
  • Qərb
  • 17 Avqust 2019 21:41
  •  2 983

Ac müştəri sifarişini gecikdirən ofisiantı güllələdi

Hazırda polis cinayətkarı axtarır

Fransanın Nuazi-le-Qren kommunasında restoranda güllələnmə hadisəsi baş verib.

“France İnfo” xəbər verir ki, restorana gələn müştəri sendviç sifarişi verib. Ancaq sifarişi gecikən müştəri əsəblərinə hakim ola bilməyib, silahını çıxararaq ofisiantı güllələyib.

Çiynindən yaralanan restoran işçisi xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda polis cinayətkarı axtarır.(qafqazinfo.az)

AzNews.az