Həmin qanun keçdiyi təqdirdə, sazişsiz “Brexit” ehtimalını blok edəcək Həmin qanun keçdiyi təqdirdə, sazişsiz “Brexit” ehtimalını blok edəcək
  • Qərb
  • 4 Sentyabr 2019 15:40
  •  2 334

Conson parlamentə növbədənkənar seçkilər keçirir – Tarix bəlli oldu

Həmin qanun keçdiyi təqdirdə, sazişsiz “Brexit” ehtimalını blok edəcək

Britaniyanın Baş naziri Boris Conson parlamentin İcmalar Palatasına oktyabrın 15-də növbədənkənar seçkilər keçirmək niyyətindədir.

Bu barədə AzNews.az TASS-a istinadən xəbər verir.

Qeyd edildiyi kimi, belə bir qərarın verilməsinə səbəb Britaniya müxalifətinin İcmalar Palatası vasitəsilə müəyyən qanun layihəsini qəbul etdirmək planı olub.

Onun sayəsində Britaniyanın Aİ-dən çıxması tarixini oktyabrın 31-dən daha gec müddətə köçürmək mümkün olacaq. Bundan başqa, həmin qanun keçdiyi təqdirdə, sazişsiz “Brexit” ehtimalını blok edəcək.

Lakin Conson bunun qarşısını almaq niyyətindədir və oktyabrın 31-də “Brexit”i həyata keçirməyi planlaşdırıb.

AzNews.az