Aİ liderləri səs verəcək Aİ liderləri səs verəcək
  • Qərb
  • 17 Sentyabr 2019 15:24
  •  1 699

Laqard Avropa Mərkəzi Bankının rəhbəri ola bilər – AP dəstəklədi

Aİ liderləri səs verəcək

Avropa Parlamentinin (AP) deputatları Kristin Laqardın Avropa Mərkəzi Bankının rəhbəri postuna təyinatının lehinə səs veriblər.

AzNews.az bu barədə TASS-a istinadla məlumat verir.

Qeyd edilir ki, onun namizədliyinin lehinə 649 deputatdan 394-ü səs verib. Bundan öncə isə Laqardın namizədliyini AP-nin iqtisadi və monetar məsələlər üzrə komitəsi dəstəkləmişdi.

Məlumata əsasən, Laqardın AMB-nın rəhbəri postuna təyin olunmağı üçün onun namizədliyini qarşıda gələn sammitdə Aİ üzv ölkələrin liderləri dəstəkləməlidirlər.

AzNews.az