- Qərb
- 20 Sentyabr 2019 11:12
- 2 175
Devid Kameron Yelizavetanı hirsləndirdi

Bukinhem sarayında bu cür müllahizələr narazılığa səbəb olub
Böyük Britaniyanın sabiq Baş naziri Devid Kameronun Şotlandiyanın müstəqilliyi haqqında referend ilə bağlı dedikləri kraliça II Yelizavetanın qəzəbinə səbəb olub.
Bu barədə AzNews.az “Vesti.ru”ya istinadən xəbər verir.
Kameron bildirib ki, II Yelizaveta onun xahişi ilə 2014-cü ildə keçirilən referendumun nəticələrinə təsir edə bilərdi.
Qalmaqala səbəb isə 19 sentyabr tarixində memuarları satışa çıxan sabiq Baş nazirin müsahibəsi olub. Belə ki, Kameronun sözlərinə əsasən, kraliçanın şəxsi katibi ilə söhbət zamanı “II Yelizavetanın sadəcə qaldırılmış qaşlarının” referendumun nəticələrinə təsir göstərə biləcəyinə bir neçə dəfə işarə verib.
Nəticədə, səs verənlərin yarıdan çoxu Edinburqla Londonun ittifaqının saxlanılmasına səs verib.
Bukinhem sarayında bu cür müllahizələr narazılığa səbəb olub. Bildirilib ki, monarx siyasi məsələlərdə qərəzsizdir.
AzNews.az