Aksiya hakimiyyət orqanları ilə razılaşdırılmayıb Aksiya hakimiyyət orqanları ilə razılaşdırılmayıb
  • Qərb
  • 22 Sentyabr 2019 09:14
  •  2 688

Parisdə “sarı jiletlilər”in aksiyası zamanı 152 nəfər saxlanılıb

Aksiya hakimiyyət orqanları ilə razılaşdırılmayıb

Fransanın paytaxtı Parisdə “sarı jiletlilər”in 45-ci aksiyası zamanı saxlanılanların sayı 150 nəfəri ötüb.

RİA "Novosti" xəbər verir ki, bu barədə polisin "Twitter"də yaydığı məlumatda bildirilir.

Qeyd edilir ki, “sarı jiletlilər”in 45-ci aksiyası zamanı 152 nəfər saxlanılıb. Qeyd edək ki, ötən gün Madlen meydanı ərazisində növbəti dəfə “sarı jiletlilər”in etiraz aksiyası keçirilib. Aksiya hakimiyyət orqanları ilə razılaşdırılmayıb.

Təqaüd sisteminə tətbiq edilən son islahatlara etiraz edən nümayişçilərlə polis arasında toqquşmalar baş verib. Etirazçılar kapitalizm əleyhinə şüarlar səsləndirib, küçələrdəki zibil qutuları və digər əşyaları sındırıblar. (report)

AzNews.az