• Qərb
  • 24 Sentyabr 11:50

ABŞ-lı senator Ərdoğanla görüşdü

"Türkiyəni F-35 proqramına geri qaytarmağın vacib olduğunu düşünürəm"

Rusiyadan S-400 aldıqdan sonra Türkiyə ilə gərginləşən münasibətləri bərpa etmək üçün ABŞ yeni təklif paketi hazırlayır.

AzNews.az "Milliyet"ə istinadən xəbər verir ki, qarşılıqlı ticarət həcminin 100 milyard dollara çıxarılmasını nəzərdə tutan "sərbəst ticarət razılaşması" paketinin Türkiyə təqdim edilməsi gözlənilir.

Paketdə Türkiyəyə Patriot raket müdafiə sisteminin satışı, F-35 proqramı ilə bağlı təkliflərin təqdim edilməsi, alüminium və poladdan alınan gömrük vergilərinin endirilməsi kimi başlıqlar yer alacaq.

Qeyd edək ki, ABŞ-lı senator Lindzi Qraham Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Nyu-Yorkda görüşüb.

"Türkiyəni F-35 proqramına geri qaytarmağın vacib olduğunu düşünürəm. Türkiyə ilə sərbəst ticarət razılaşması belə ola bilər", - deyə senator bildirib.

Digər tərəfdən Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında görüşün baş tutması üçün razılığa gəlindiyi deyilir.

Pərvanə

AzNews.az