Respublikaçılardan dəstək görməyən Tramp söyüşə keçdi

ABŞ lideri İŞİD-in darmadağın edilməsində əsas xidməti öz adına yazdı

ABŞ prezidenti Donald Trampın Türkiyənin Suriyadakı hərbi əməliyyatı ətrafındakı vəziyyətə dair Konqressin liderləri ilə görüşü söyüşlə bitib.

Demokratların lideri Çak Şumerin “Bloomberg”ə verdiyi məlumata əsasən, Ağ evin Yaxın Şərqdəki siyasətini hətta respublikaçıların dəstəkləməməyindən məyus olan Tramp nümayəndələr palatasının spikeri Nensi Pelosini təhqir etməyə başlayıb və onu üçüncü dərəcəli siyasətçi adlandırıb.

“Bloomberg”in həmsöhbətlərindən biri bildirib ki, “söz atışması”nın kulminasiyası diskussiyanın iştirakçılarından biri sabiq müdafiə naziri Cim Mettisin ABŞ-ın təzyiqinin zəiflədiyi halda İŞİD-in yenidən dirçələcəyi ilə bağlı sözlərini Trampın yadına saldıqda olub. Prezident cavab verib ki, “Mettis dünyanın ən layiq olduğundan çox dəyərləndirilən generalıdır” və İŞİD-in darmadağın edilməsində əsas xidmət Trampın özünə məxsusdur.

Qarşılıqlı təhqirlərdən sonra, Pelosi və Şumer görüşü tərk etmək qərarına gəliblər, nəticədə Respublikaçılar partiyasının nümayəndələri tərəfindən tənqidə məruz qalaraq, yaranan vəziyyəti daxili siyasi mübarizə üçün istifadə etməkdə ittiham olunublar.

Ağ evin mətbuat xidmətinin rəhbəri Stefani Qrişem qeyd edib ki, Tramp özünü təmkinli aparıb, danışarkən faktlara əsaslanıb, Pelosi isə heç kimi eşitmək istəmirdi.

AzNews.az