"Avropanı təcili hərəkətə keçməyə dəvət edirik" "Avropanı təcili hərəkətə keçməyə dəvət edirik"
  • Qərb
  • 20 Oktyabr 2019 02:23
  •  3 701

"Türkiyənin NATO üzvlüyü dayandırılsın"

"Avropanı təcili hərəkətə keçməyə dəvət edirik"

Türkiyənin Suriyanın şimalında terror qruplaşmalarına qarşı keçirdiyi "Barış Pınarı" hərəkatı Qərbi narahat etməyə davam edir.

AzNews.az xəbər verir ki, Fransa Milli Məclisində 8 siyasi qrupdan 59 millət vəkili rəsmi Ankaraya sanksiya tətbiq edilməsi üçün prezident Emmanuel Makronun əlindən gələni etməyini istəyib.

Onlar Türkiyənin NATO-ya üzvlüyünün müvəqqəti dayandırılması barədə çağırış ediblər:

"Fransa ilə Avropanı təcili hərəkətə keçməyə və lazımi addımları atmağa dəvət edirik".

Xatırladaq ki, Belçikanın paytaxtı Brüsseldə keçirilən liderlər zirvəsində çıxış edən Makron sözügedən hərəkatı tənqid etmişdi.

"İŞİD yenidən canlanarsa, bunun səbəbkarı Türkiyədir".

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə qeyd olunan fikirlərə sərt cavab vermişdi:

"Türkiyə tarixin heç bir dövründə insan qətliamına səbəb olmayıb. Ruandada, Əlcəzairdə yüz minlərlə insanı qətlə yetirən siz deyilsiniz? Sən mənə bunları necə deyə bilərsən? Güzgüyə bax, güzgüyə".

Pərvanə

AzNews.az