ABŞ-dan Türkiyəyə daha bir ZƏRBƏ: Sərt iqtisadi sanksiyalarla...

"Təcili tədbirlər görməyi xahiş edirik"

ABŞ-lı senatorlar Türkiyəyə sanksiya tətbiq edilməsi üçün dövlət katibinə məktub göndərib.

AzNews.az ”Reuters”ə istinadən xəbər verir ki, Respublikaçılardan Lindzi Qraham, Marşa Blekbörn, Demokratlardan isə Kris Van Hollen, Riçard Blumental və Cean Şahin Mayk Pompeoya məktub yazıb.

Məktubda senatorlar Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimal-şərqində razılaşdırılan "təhlükəsiz zonadan" kənarda fəaliyyət göstərdiyini, özlərinin və ya dəstəklədikləri qüvvələrin Tal-Tamr yaxınlığında Suriya kürdlərinə hücum etdiyini bildiriblər.

"Prezident Trump Türkiyənin öhdəliklərini pozduğu təqdirdə iqtisadiyyatını məhv etməklə təhdid etmişdi. Buna uyğun olaraq, biz administrasiyadan oktyabrın 17-də imzalanan sazişin yerinə yetirilməsini təmin etmək üçün sərt iqtisadi sanksiyalarla təcili tədbirlər görməyi xahiş edirik", - məktubda deyilir.

Pərvanə

AzNews.az