Polis və yanğınsöndürmə briqadaları insanları binadan təxliyə edib Polis və yanğınsöndürmə briqadaları insanları binadan təxliyə edib
  • Qərb
  • 7 Noyabr 2019 11:59
  •  3 550

London teatrında tavan tamaşaçıların başına çökdü - FOTO

Polis və yanğınsöndürmə briqadaları insanları binadan təxliyə edib

Londonun Pikkadilli teatrında tamaşa zamanı tavanın bir hissəsi tamaşaçıların başına çöküb.

“Sky News” xəbər verir ki, hadisə nəticəsində bir neçə insan xəsarət alıb.

Hadisə amerikalı aktyor Uendell Pirsın baş rolda oynadığı “Alverçinin ölümü” tamaşası zamanı baş verib.

Hadisə yerinə gələn polis və yanğınsöndürmə briqadaları insanları binadan təxliyə edib.