- Qərb
- 19 Noyabr 2019 13:14
- 5 604
Avropa İttifaqının 2020-ci il büdcəsi bəlli oldu
Aİ-nın büdcəsinə mərkəzi Lüksemburqda yerləşən Avropa Auditorlar Məhkəməsi nəzarət edir
Avropa İttifaqı Şurası (Aİ) və Avropa Parlamenti (AP) 2020-ci il büdcəsini razılaşdırdıqlarını açıqlayıb.
Məlumata görə, gələn il Aİ-da büdcə gəlirlərinin 168,7 milyard avro, büdcə xərclərinin isə 153,2 milyard avro təşkil edəcəyini gözlənilir. Beləliklə büdcədə 15,5 milyard avro müsbət saldo yaranacaq.
Büdcədən məşğulluq və uyğunlaşma proqramları üçün 83,9 milyard avro, kənd təsərrüfatı və təbii sərvətlər üçün 58,6 milyard avro, “Erasmus” təhsil proqramı üçün 2,9 milyard avro, təhlükəsizlik üçün 3,7 milyard avro ayrılacaq.
Xatırladaq ki, Aİ-nın büdcəsinə mərkəzi Lüksemburqda yerləşən Avropa Auditorlar Məhkəməsi nəzarət edir. (report)
AzNews.az