Etirazçılar haqsız yerə işdən kənarlaşdırılmış hakimlərin işə bərpasını tələb edirlər Etirazçılar haqsız yerə işdən kənarlaşdırılmış hakimlərin işə bərpasını tələb edirlər
  • Qərb
  • 2 Dekabr 2019 18:40
  •  3 180

Polşalılar məhkəmə hüququnu qorumaq üçün küçələrə çıxdı

Etirazçılar haqsız yerə işdən kənarlaşdırılmış hakimlərin işə bərpasını tələb edirlər

Polşanın müxtəlif şəhərlərində minlərlə insan dövlət tərəfindən yerli hakimlərə edilən təzyiqlərə qarşı etiraz aksiyası keçirir. Ən böyük mitinq Varşavadadır.

Etirazçılar haqsız yerə işdən kənarlaşdırılmış hakimlərin işə bərpasını tələb edirlər.

İqtidar Hüquq və Ədalət Partiyası ölkənin məhkəmə sistemində əsaslı dəyişikliklər edib və onun bu addımı Avropa Komissiyası tərəfindən tənqid olunub. Lakin hakimiyyət hesab edir ki, dəyişikliklər ölkədə korrupsiya ilə mübarizə yolunda atılmış vacib addımlardır.

Bir neçə ay əvvəl Polşa hökuməti Avropa İttifaqının qanunlarını pozaraq hakimlərin pensiya yaşını azaltmışdı. Habelə onların səbəbsiz işdən azad olunmaları halları da baş verib. Avropa qanunvericiliyinə görə, bunlar məhkəmə sisteminin azadlığına xələl gətirir.(AZƏRTAC)

AzNews.az