Hadisəni törədən şəxs öldürülüb Hadisəni törədən şəxs öldürülüb
  • Qərb
  • 6 Dekabr 2019 18:57
  •  2 998

ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin bazasında atışma - Ölən var

Hadisəni törədən şəxs öldürülüb

ABŞ Hərbi Dəniz Qüvvələrinin Florida ştatında yerləşən “Pensakola” aviabazasında atışma baş verib.

“Washington Post”un verdiyi xəbərə görə, insidentdən sonra 5 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs öldürülüb. Hərbi bazanın girişi və çıxışı bağlanaraq nəzarətə götürülüb.

Digər mənbələr insident nəticəsində ölənlərin olduğu barədə də məlumatlar yayır.

İnsidentin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil, araşdırma aparılır.

Qeyd edək ki, iki gün əvvəl Hərbi Dəniz Qüvvələrinin Pörl-Harborda yerləşən bazasında da atışma baş vermiş, iki mülki şəxs həlak olmuşdu.(apa.az)

AzNews.az