Əraziyə fövqəladə orqanların əməkdaşları cəlb edilib Əraziyə fövqəladə orqanların əməkdaşları cəlb edilib
  • Qərb
  • 10 Dekabr 2019 23:41
  •  3 234

ABŞ-da iki polis güllələndi - Biri öldü

Əraziyə fövqəladə orqanların əməkdaşları cəlb edilib

ABŞ-da atışma olub.

Bu barədə ABC telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Cersi-siti şəhərində baş verib. Belə ki, qəbiristanlıqda iki naməlum şəxs polis əməkdaşlarına atəş açıb. Nəticədə 1 polis əməkdaşı həlak olub, daha 1 asayiş keşikçisi yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Qeyd edilir ki, silahlı şəxslər hadisə yerindən qaçıblar. Onlardan biri mağazada barrikada quraraq atəşi davam etdirib.

Əraziyə fövqəladə orqanların əməkdaşları cəlb edilib.(report.az)

AzNews.az